Millimiz son oyundan qalib ayrıldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Futbolçularımız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki "Lokomotiv" stadionunda meydan sahibləri ilə qarşılaşıb. 

Xatırladaq ki, yığmamız bu qrupda keçirdiyi ilk matçında İrlandiyaya 0:6, ardından Ukraynaya 1:6 hesabıyla uduzmuşdu. Bolqarlar isə bu rəqiblərlə hər iki oyununda 0:3 hesabıyla məğlub olmuşdu.

Komandamız son oyunda nəhayət ki, uğursuz gedişata son qoymağa nail olub. Üç qolun vurulduğu oyunda qazanılan çətin qələbə millimizin sadəcə, qrupda üçüncü yeri tutmasına şərait yaradıb.

Qrupun digər matçında İrlandiya Ukraynaya 3:1 hesabıyla qalib gələrək, yüzfaizlik nəticəyə imza atıb.

AÇ-nin seçmə mərhələsi
11-ci qrup

16 oktyabr

Azərbaycan – Bolqarıstan 2:1
Qol: T.Vəlizadə, 18; 80+2 - V.Nikolov, 45.
Hakimlər: Barbeno Luca (San Marino), Marco Ercolani (San Marino), İbrahim Çağlar Uyarcan (Türkiyə), Halil Umut Meler (Türkiyə).

Azərbaycan: 12. Elməddin Sultanov, 3. Murad Məmmədov, 4. Sərcan Omarov, 5. Elnur İbrahimov, 8. Səbuhi Abdullazadə, 10. Turan Vəlizadə (k), 13. Məhəmməd Məhərrəmov (7. Samir Qurbanov, 78), 14. Xəyal Muradov, 15. Veysəl Rzayev (21. Ceyhun Nuriyev, 58), 17. Vüsal Əsgərov, 20. İsmayıl Zülfüqarlı. 
Ehtiyat oyunçular: 1. Ayxan Arazlı, 2. Cavidan Rəhimli, 6. Mahir Həsənov, 9. Musa Qurbanlı, 11. Nicat Məmmədov, 16. Rüfət Abdullazadə, 19. Zamiq Əliyev.
Baş məşqçi: Mirbağır İsayev.
Bolqarıstan: 12. Mario Uskov, 3. Qabriel Zemyarski, 4. Tomislav Papazov, 5. Yoan Baurenski (k), 6. Stoyan Vergiev, 7. İyad Hamud (8. Vladimir Nikolov, 40+2), 13. Kiril Yanakiev, 15. Dimitar Balinov, 17. Martin Petkov (9. İvan Vasilyev, 58), 18. Georgi Babaliyev (22. Hritiyan Çipev, 40+2), 21. Martin Minçev. 
Ehtiyat oyunçular: 19. Nikola Videnov, 2. Daniel Stoyanov, 10. Stanislav Şopov, 11. Andrey Yordanov, 14. Nikola Qançev. 
Baş məşqçi: Viktorio Pavlov.

İrlandiya - 9, Ukrayna - 6, Azərbaycan - 3, Bolqarıstan - 0.