“Atletiko” üçün asan olmayacaq”: “Neftçi”nin ispanı

“Neftçi”nin ispaniyalı yarımmüdafiəçisi İqnasio Errera ölkəsinin mətbuatına açıqlama verib.

O, açıqlamasında Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda baş tutacaq “Qarabağ” – “Atletiko” görüşündən danışıb. 


O, bu görüşün Madrid klubu üçün asan keçməyəcəyini bildirib: “Qarabağ” əla komandadır. Onların heyətində yüksək keyfiyyətə malik futbolçular var. “Atletiko” üçün bu görüş asan keçməyəcək”.