“Məni orada istəmirlər” : Prosineçki millidə işləməkdən imtina edir

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin adı bu dəfə Türkiyənin “Trabzonspor” klubu ilə hallanıb. Mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında klub karyerasının maraqlı olduğunu dilə gətirib:


"Xorvatiya millisində işləmək istəmirəm, çünki məni burada istəmirlər. Heyətdə ulduz futbolçular yer alıb. Bu komanda dünya çempionatına vəsiqə qazanacaq. Buna şübhəm yoxdur. Mən hazırda klub karyerası barədə düşünürəm. Güclü idarəetmə lobbiniz yoxdusa, iş tapmaq çətin olacaq. Məsələn, Andre Villaş-Boaş "Yeni Mourinyo" kimi təqdim edilirdi. Bir neçə güclü klubu çalışdırdıqdan sonra nə edəcəyini bilmədi və Çinə pul qazanmağa getdi".


Prosineçki Sloveniyadan aldığı təklifə də münasibət bildirib:


“Sloveniya maraqlı seçimdir. Komandanın yaxşı potensialı var, amma ən önəmli olan federasiyanın tam şəkildə təşkilatlanmasıdı. Sloveniya federasiyası başqa ölkələr kimi çoxlu pul xərcləmir, hökumət nə edəcəyini gözəl bilir”.


Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 4-ü başa çatır. Xorvatiyalı mütəxəssis 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.