Səlahət Ağayev "Neftçi"nin düşərgəsinə qayıtdı

"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanaların birində müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdıb. Komandanın düşərgəsinə qoşulan 27 yaşlı futbolçu bu gün fərdi məşqlərə başlayıb.

Sentyabrın 15-də "Zirə” ilə oyunöncəsi məşqdə zədələnən Səlahət Ağayevin iki həftə sonra komanda ilə  birgə məşqlərə başlayacağı gözlənilir.