"Qəbələ" - "Qarabağ" matçının başlanma saatı açıqlandı

Topaz Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib. 3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Cari çempionatda Gəncədə ilk oyun saat 15:00-da başlayacaq. "Kəpəz" doğma stadionunda "Neftçi"ni qəbul edəcək. Tura yekun vuracaq matç da əyalətdə olacaq. "Qəbələ"ylə "Qarabağ" turun mərkəzi oyunda qarşılaşacaq. 

20 oktyabr (cümə)

“Səbail” – “İnter”
“Dalğa Arena”, 18:00

21 oktyabr (şənbə)

“Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu, 15:00

“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”, 17:00

22 oktyabr (bazar)

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 18:30