Millimiz elit-raunda vəsiqə qazandı

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının cari seçmə mərhələsində bütün qruplarda oyunlara yekun vurulmamasına baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqə qazanıb. Məlumat UEFA-nın rəsmi saytında yerləşdirilib. 

Bu gün 2-ci qrupda keçirilən oyunlardan sonra yığmamızın seçmə mərhələdəki taleyinə aydınlıq gəlib. Slovakiya İngiltərəyə 0:6, Latviya isə Şotlandiyaya 0:4 hesabı ilə məğlub olub. Reqlamentə əsasən, hər qrupda ilk iki pillənin sahibi və ən yaxşı nəticəyə malik 3-cü yer tutmuş 5 komanda növbəti mərhələyə yüksəlir. Millimiz məhz 5 kollektivdən biri kimi elit-raunda yüksəlib.