"Qarabağ"ın "Atletiko"yla ev sınağı

Bu gün "Qarabağ” Çempionlar Liqasının  qrup mərhələsində III turun oyununu keçirəcək.  Ağdam təmsilçisi bu dəfə "Atletiko"nu qəbul edəcək. "Qarabağ"ın ispanlarla ilk qarşılaşması saat 20:00-da başlayacaq. 

 Hər 2 komanda qələbə üzünə həsrətdi. Qurban Qurbanovun komandası İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzub. "Atletiko"nun isə 2 oyundan 1 xalı var. 

 

18 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, III tur

20:00. "Qarabağ" - "Atletiko" (Madrid)

Baş hakim: Ruddy Buquet

Baş hakimin köməkçiləri: Guillaume Debart, Frederic Cano

Dördüncü hakim: Bertrand Jouannaud

Əlavə köməkçi hakimlər: Amaury Delerue, François Letexier

(Hakimlər Fransadandır)

Bakı Olimpiya Stadionu