"Qarabağ"ın BOS-da fan-şop açacaq

"Qarabağ"  Çempionlar Liqasının qrup mərhələsinin III turunda  "Atletiko" ilə oyun zamanı forma və atributların satışını təşkil edəcək. Bu məqsədlə bu gün görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) girişində və daxilində ümumilikdə klubun fan-şopunun 7 satış məntəqəsi azarkeşlərin xidmətində olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.