Prosineçkinin "Trabzonspor"a baş məşqçi təyinatı reallaşmadı

Azərbaycan milli komandasının baş məşqçisi "Trabzonspor"un "sükanı arxası"na keçidi baş tutmayıb.  Trabzon klubunun rəsmi saytı yeni baş məşqçisinin Rza Çalımbay olduğunu açıqlayıb. Bu gün onunla cari mövsümün sonuna qədər müqailə imzalanıb. Çalımbay bu vəzifədə,uğursuzluğa görə istefaya göndərilən həmyerlisi Ərsun Yanalı əvəzləyib.

Xatırladaq ki, Türkiyə mətbuatında Prosineçkinin "Trabzonspor"u çalışdıracağı haqda xəbərlər yayılmışdı.