Millimizin final mərhələsindəki oyunlarının başlanma saatı açıqlandı

Azərbaycan futzal yığmasının 2018-ci il Sloveniyada keçiriləcək Avropa çempionatının final mərhələsindəoyunlarının başlama saatı açıqlanıb. Fevralın 2-də Fransa ilə qarşılaşacaq yığmamızın matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

İki gün sonra keçiriləcək İspaniya ilə oyunun start fiti isə 23:45-də səsləndiriləcək.