Bədavi Hüseynovun "Atletiko" ilə Madriddəki oyunda iştirakı sual altındadı

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynovun Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində "Atletiko"yla oyunda aldığı ciddidi. Bu haqda Ağdam klubunun kapitanı Rəşad Sadıqov açıqlama verib. 

Sadıqov bildirib ki, zədəsi ciddi olan Bədavi “Atletiko”ya qarşı Madriddəki görüşdə meydana çıxmaya bilər. O, digər müdafiəçi Maksim Medvedevin də oyuna zədəli çıxdığını və bu üzəndən ikinci hissədə əvəzləndiyini söyləyib.

Xatırladaq ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovu madridlilərlə qarşılaşmada 2 sarı vərəqəyə görə meydandan çıxarıldığından bu komandayla oktyabrın 31-də səfərdə keçiriləcək matçı buraxacaq.