Hafiz Məmmədov "Qarabağ" - "Atletiko" matçında - FOTO

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ” öz meydanında “Atletiko” ilə qolsuz bərabərliyə qaldığı tarixi oyunu izləyənlər arasında azərbaycanlı iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov da olub. O, matçı “Atletiko”nun prezidenti Enrike Serezo ilə birlikdə izləyib. 

Məmmədov oyundan sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəllə görüşüb. O, daha sonra onunla futbolçuların geyinmə-soyunma otağına gedib.

Qeyd edək ki, “Bakı”nın sabiq baş məşqçisi, “Atletiko”nun əfsanəsi Milinko Pantiç də Məmmədovla birlikdə olub.