Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"

“Qarabağ” bizə qarşı çox yaxşı mübarizə apardı. Bizim üçün çox ağır vəziyyətdir. Qələbə qazanmaq istəsək də, alınmadı. Bu vəziyyətdən çıxış yolu tapmalıyıq". Bu sözləri “Atletiko”nun futbolçusu Antuan Qrizmann deyib.

Fransalı hücumçu Bakı Olimpiya Stadionunda qolsuz heç-heçə etdikləri "Qarabağ"dan belə oyun gözləmədiklərini söyləyib: "Bu gün xal itirdik və bundan sonrakı bütün oyunlarımızda qələbə qazanmalıyıq. “Çempionlar Liqası ilə vidalaşdığımızı düşünmürəm. Bundan sonrakı bütün oyunlarda qələbə qazanmaq vacibdir”.