"Qarabağ"ın rəqiblərinin oyununda "qol yağışı"

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarına yekun vurulub. Ikinci matç günündə A,B,C,D qrupunun oyunları keçirilib. 

"Qarabağ"ın yer aldığı C qruöunda digər oyunda da qalib müəyyənləşməyib. Ancaq Bakıda qolsuz bərabərlik olubsa, Londponda məhsuldar heç-heçə qeydə alınıb. 6 qolun vurulduğu həmin matçda "Roma" hesabda 0:2 geridə olduğu qarşılaşmada 3 dəfə rəqib qapısına yol tapmaqla az qala əzmkar qələbə qazanacaqdı. Ancaq "Çelsi" buna imkan verməyərək qrupda vahid liderliyini qoyurub. 

18 oktyabr

A qrupu

“Benfika” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1

Qol: Reşford, 64

MOİK (Rusiya) - “Bazel” (İsveçrə) - 0:2

Qollar: Djaka, 29, Oberlin, 90

 

B qrupu

“Anderlext” (Belçika) – PSJ (Fransa) - 0:4

Qollar: Mbappe, 3, Kavani, 43, Neymar, 66, Di Mariya, 88

“Bavariya” (Almaniya) - “Seltik” (Şotlandiya) - 3:0

Qollar: Müller, 17, Kimmix, 29, Hummels, 51

 

C qrupu

“Çelsi” (İngiltərə) - “Roma” (İtaliya) - 3:3

Qollar: David Luiz, 10, Hazard, 37, 75 - Kolarov, 40, Dzeko, 64, 70

“Qarabağ” (Azərbaycan) - “Atletiko” (İspaniya) - 0:0

 

D qrupu

“Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya) - 2:1

Qollar: Pyaniç, 29, Mancukiç, 84 - Aleks Sandro, 12 (öz qapısına)

“Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan) - 3:1

Qollar: Nikolau, 18 (öz qapısına), Messi, 61, Luka Din, 64