Yakuboviç “Qarabağ”ın oyununa qiymət verdi: “Möhtəşəm”

Dünən Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” - “Atletiko” oyununu (0:0) izləyənlər arasında tanınmış rusiyalı aparıcı Leonid Yakuboviç də olub.

Qarşılaşmadan sonra açıqlama verən Yakuboviç bunları deyib:

“Qarabağ”ın Çempionlar Liqasındakı hər oyununu stadiondan izləməyə çalışıram. Bugünkü oyuna ancaq belə ad vermək olar - möhtəşəm! “Qarabağ”a əhsən. Uşaqlara alqış düşür. 0:0 elə qələbə deməkdir”.