“Qaradağ Lökbatan”, “Binə” və “Turan Tovuz”dan qələbə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü tura start verilib. İlk oyun günündə 4 görüş baş tutub.

“Şüvəlan” – “Sabah” matçında qapılara qol vurulmayıb. Əvvəlki turlarda məğlubiyyətlə üzləşən “Zaqatala” bu dəfə də uduzub. Əyalət təmsilçisi doğma meyanda “Binə”yə 3 cavabsız qolla məğlub olub.

Ötən mövsüm Birinci Divizionun qalibi olmuş “Turan Tovuz” bu tur “Ağsu” ilə qarşılaşıb. Gərgin keçən və 5 qolun qeydə alındığı matçda qələbəni tovuzlular bayram ediblər.

Günün ən bol qollu görüşü isə İmişlidə baş tutub. Burada “Mil-Muğan”ın qonağı olan lider “Qaradağ Lökbatan” 4:2 hesablı qələbəyə sevinib.

Birinci Divizion
4-cü tur

20 oktyabr (cümə)

“Mil-Muğan” – “Qaradağ Lökbatan” 2:4
Qol: Elxan Məmmədov, 44; 77-pen. - Sabir Allahquliyev, 16. Məhəmməd Xəlilov, 32; 69. Natiq Kərimi, 49.
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Qənbərov, Emin Nağıbəyov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.

“Zaqatala” – “Binə” 0:3
Qol: Kənan Məmmədov, 40-öz qapısına. Məhəmməd Bədəlbəyli, 45+2. Məhərrəm Hüseynov, 59.
Hakimlər: Ziya Nəsirov, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Zaqatala şəhər stadionu.

“Şüvəlan” – “Sabah” 0:0
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Cəmil Quliyev, Bəxtiyar Gözəlov.
Bakı. “AZAL Arena”.

“Turan Tovuz” - “Ağsu” 3:2
Qol: Tuqay Alhüseynli, 31. Elnur Səmədov, 63; 68 - Eltay Tağıyev, 35-öz qapısına. Ayxan Əsədov, 56-öz qapısına.
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Sərxan İsmayılov.
Tovuz şəhər stadionu.

Tura sabah keçiriləcək “Xəzər” - MOİK oyunu ilə yekun vurulacaq.