Premyer Liqa və divizion klublarının nümayəndələri AFFA-ya toplaşır

Oktyabrın 25-də, saat 10:30-da AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və Birinci Divizionda çıxış edən klub nümayəndələri üçün iclası keçiriləcək. İclas aşağıda göstərilmiş mövzuları əhatə edəcək:

2018-19-cu il Lisenziyalaşdırma mövsümünün açılışı

Paket sənədlərin, yeni (Buraxılış 2017) Lisenziyalaşdırma üzrə qaydaların təqdim olunması, qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat

Ötən mövsümün icmalı

Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı