Samir Abasov: “Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik”

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. O, 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

"Bu gün hesabda geridə olduq və geridönüş etdik. Buna görə futbolçulara təşəkkür edirəm. Hesabı bərabərləşdirdikdən sonra da göstərdik ki, qələbə qazanmaq istəyirik. Ən azı qışa qədər bu tempdə davam etməliyik. Artıq bizdən aşağı pillələrdə olan komandalar da qələbə qazanırlar. Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik".