Təxirə salınmış oyunun vaxtı bəlli oldu

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 6-cı turdan təxirə salınmış “Zirə” – “İnter” görüşünün vaxtı müəyyənləşib.

Sözügedən qarşılaşma oktyabrın 25-də keçiriləcək.

Əvəzedicilərin çempionatı
6-cı turun oyunu

25 oktyabr (çərşənbə)

“Zirə” – “İnter”
Zirə İdman Kompleksinin stadionu, 15:00