Roman Qriqorçuk: "Həm əzmkarlıq, həm yüksək motivasiya, həm də daha keyfiyyətli futbol gördüm"

Topaz Premyer Liqasının IX turunun son qarşılaşmasında “Qarabağ” üzərində minimalhesablı qələbə qazanan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Ukraynalı mütəxəssis

-    Ancaq müsbət, xoş şərh verə bilərəm. Meydanda çox yaxşı görünürdük. Çox, lap çox məmnunam.

-    İlk yarıda pressinq tətbiq edib şox təsir bağışlayan “Qəbələ” fasilədən sonra bunu etmədi. Səbəb nə idi?
-    Zənnimcə, bu, psixoloji problemlə bağlıdı. Futbolçular buna hazır olmalıdılar. Nəticə bizi qane edəndə daha çox hücum etməliyik. Bunun üzərində çalışmalıyıq.

-    İki gün əvvəl verdiyiniz müsahibədə futbolçularınızın “Qarabağ”a qarşı matçda daha yüksək motivasiyalı olmasını istədiyinizi bildirmişdiniz. Bu motivasiyanı gördünüzmü?
-    Gəlin ötən turdakı “Sumqayıt”la oyunu da xatırlayaq. Fantastik əzmkarlıq görmüşdüm. İndi isə həm əzmkarlıq, həm yüksək motivasiya, həm də daha keyfiyyətli futbol gördüm.

-    İlqar Qurbanovla Filip Ozobiçin durumu nə yerdədi?
-    Çox ciddi zədə almışdılar. Sınıq qısa müddətə bərpa olmur. Ancaq təcrübəli və istəkli oyunçu olduqları üçün inanıram ki, tezliklə sıramıza dönəcəklər.