Bir oyun canlı yayımda

Futzal üzrə Azərbaycan Yüksək Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Marafon” – “Yasamal” oyunu “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Oyun oktyabrın 25-də Bakı İdman Sarayında keçiriləcək və saat 14:30-da start götürəcək.

Qeyd edək ki, bu matç başa çatdıqdan sonra saat 16:30-da “FK İD Futsal” – “Araz”, saat 18:00-da isə “Neftçi” İK – “Xəmsə” komandaları qarşılaşacaq.