Topaz Premyer Liqasında iki rekord

Topaz Premyer Liqasının 9-cu turu iki rekordla əlamətdar olub. Hər iki göstərici tamaşaçı sayında gerçəkləşib. 

8 min azarkeş toplayan “Kəpəz” – “Neftçi” görüşü 2017/18 mövsümünün ən çox tamaşaçı toplayan oyunu olub. Qonaqların 1:0 hesabı ilə qalib gəldiyi Gəncədəki matç “Neftçi” – “Qarabağ” qarşılaşmasını arxada qoyub. Belə ki, əvvəlki 8 turun ən çox izləyici yığan matçı mövsümün açılış oyunu idi. “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə bitən qarşılaşmanı 4800 tamaşaçı izləmişdi.

Ümumiyyətlə, 9-cu tur ən çox azarkeş toplaması ilə də diqqət çəkib. Turun görüşlərini 12 min 550 tamaşaçı izləyib. Bu da mövsümün rekordudu. Bunadək rekord 3-cü tura aid idi – 8100 tamaşaçı.