Topaz Premyer Liqasında 10-cu turun hakimləri bilindi

Topaz Premyer Liqasında 10-cu turun oyunları üçün hakim təyinatları bəllidi.  Sizi növbəti turun təyinatları ilə tanış edirik:

Topaz Premyer Liqası
10-cu tur

27 oktyabr (cümə)

“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov.
Bakı. “Azersun Arena”, 19:00.

28 oktyabr (şənbə)

“Zirə” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“İnter” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
Bakı. “İnter Arena”, 15:00.

29 oktyabr (bazar)

“Neftçi” – “Sumqayıt” 
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev.
Bakı. “Bakcell Arena”, 18:00.