İki karateçimiz dünya çempionatının finalında

Gənclərdən ibarət milli komandamızın üzvləri Fidan Teymurova (-48 kq) və Hümmət Baxşəliyev (-61 kq) dünya çempionatının finalına yüksəliblər.  İspaniyanın Tenerife şəhərində yarışın finalınadək son dünya ikincisi F.Teymurova dörd rəqibini, 2 il əvvəl yenyetmələrin Avropa üçüncüsü H.Baxşəliyev isə beş idmançını məğlub edib. 

Final görüşləri ayın 27-də keçiriləcək.

Tatamiyə çıxan digər idmançımız, ötən ilin Avropa üçüncüsü Müseyib Məmmədov (-55 kq) isə ikinci görüşdə uduzaraq mübarizəni dayandırmalı olub. 

Qarşıdakı 3 yarış günü daha 8 karateçimiz medallar uğrunda yarışacaq. 

Dünya çempionatında 109 ölkədən 1710 idmançı iştirak edir.