“Qarabağ” “Səbail”ə son dəqiqə qolu ilə qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 10-cu tura start verilib. İlk oyun günündə 1 qarşılaşma baş tutub.

Son çempionu “Qarabağ” öz meydanında debütant “Səbail”i qəbul edib. İlk dövrədəki oyun təxirə salındığından bu, tərəflərin ölkə çempionatında ilk görüşü kimi tarixə düşüb.

Oyuna gəlincə, sonda 3 xalı bayram edən tərəf "Qarabağ" olub. Lakin Ağdam klubu buna çətinliklə nail olub. İlk yarıda zədə səbəbindən Pedro Enrikeni, həmçinin qırmızı vərəqə alan Ansi Aqollini itirən meydan sahibləri qələbə qolunu yalnız son dəqiqələrdə vura biliblər.

Qeyd edək ki, turun digər matçları şənbə və bazar günü keçiriləcək. 

Topaz Premyer Liqa
10-cu tur

27 oktyabr (cümə)

“Qarabağ” - “Səbail” 1:0
Qol: Ə.İsmayılov, 90.
Qırmızı vərəqə: A.Aqolli, 43.
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov.
Bakı. “Azersun Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 20. Riçard Almeyda (k), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 99. Dani Kintana, 19. Famil Camalov.
Baş məşqçi: Qurban Qurbanov.
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Amit Quluzadə, 6. Murad Ağayev, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Elton Yaqublu (k), 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 69. Renan Telles, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 14. Yamin Ağakərimzadə, 23. Ayron Stati, 35. Egdaras Zarskis, 66. Pərviz Qaraxanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.

28 oktyabr (15:00. “İnter” - “Kəpəz”, 17:00. “Zirə” - “Qəbələ”). 29 oktyabr (18:00. “Neftçi” - “Sumqayıt”).