“Keşlə” “Kəpəz”ə, “Zirə” “Qəbələ”yə qarşı

Topaz Premyer Liqada 10-cu turun oyunları keçirilir. Bu gün daha iki görüş baş tutacaq.

Öncə “İnter” adından imtina edib, bu gündən “Keşlə” adını daşıyacaq paytaxt təmsilçisi doğma meydanda autsayder “Kəpəz”i qəbul edəcək. Bakılılar yeni ad altındakı ilk oyundan mütləq qələbə ilə ayrılmağı hədəfləyiblər.

Günün digər oyunu isə turun mərkəzi qarşılaşması hesab olunur. Burada liderlər qrupunda qərarlaşmış iki komanda - “Zirə” və “Qəbələ” üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək “Nefçi” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Ötən gün isə “Qarabağ” “Səbail”i məğlub edib - 1:0.

Topaz Premyer Liqası
10-cu tur

28 oktyabr (şənbə)

15:00. “Keşlə” - “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
Bakı. “İnter Arena”.

17:00. “Zirə” - “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu.