AFFA Prosineçkini Çempionlar Liqasının qalibi ilə əvəzləyir

Azərbaycan milli komandasının baş məşqçi postuna yeni namizədin adı açıqlanıb.  İtaliya mətbuatl Roberto Di Matteo millimizin yeni çalışdırıcısı təyin oluna biləcəyini yazıb. Bildirilir ki, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb və ona yollar ayrılan xorvatiyalı həmkarı Robert Prosineçkni əvəzləmək təklif olunub. Ancaq "Çelsi"nin baş məşqçisinin təklifə reaksiyası məlum deyil.  

Xatırladaq ki, 47 yaşlı Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu məhz "zadəganlar"da qazanıb. London klubu məhz onun rəhbərliyi altında 2011/12 mövsümündə Çempionlar Liqasını qazanıb və bu, onun tarixində qazandığı ən yüksək mükafatdı. İtaliyalı mütəxəssisin daha sonra Almaniyanın "Şalke" (2014-2015) və İngiltərənin "Aston Villa" (2016) klublarına rəhbərlik edib.