Azərbaycan İspaniya ilə üz-üzə

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

 Vüqar Əsgərlinin çalışdırdığı millimiz bu dəfə qrupun aşkar favoriti İspaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimizin yer aldığı 4-cü qrupun oyunları Albaniyada keçirilir. İlk turda komandamız Ukrayna ilə qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib. İspanlar isə Albaniyanı 8:0 hesabıyla məğlub ediblər.

Qrupun digər oyununda Albaniya və Ukrayna yığmaları qarşılaşacaq.

AÇ-nin seçmə mərhələsi
4-cü qrup

28 oktyabr

16:00. Azərbaycan - İspaniya
Tirana. Kamza stadionu.