“İnter”in “Keşlə” olması tam rəsmiləşdi

Topaz Premyer Liqasında ad dəyişikliyi reallaşıb. “İnter” Peşəkar İdman Klubu bundan sonra “Keşlə” Peşəkar Futbol Klubu adı altında mübarizə aparacaq. 

“Keşlə” bununla bağlı bütün sənədləri Peşəkar Futbol Liqasına təqdim edib. Məlumatı PFL-in rəsmi saytı yayıb.