“Qəbələ” “Zirə”yə, “Keşlə” “Kəpəz”ə uduzdu

Topaz Premyer Liqada 10-cu turun oyunları keçirilib. Bu gün daha iki görüş baş tutub.

Öncə “İnter” adından imtina edib, bu gündən “Keşlə” adını daşıyan paytaxt təmsilçisi doğma meydanda autsayder “Kəpəz”i qəbul edib. Bakılılar yeni ad altındakı ilk oyundan mütləq qələbə ilə ayrılmağı hədəfləmişdilər. Lakin autsayder olmasına baxmayaraq, Gəncə təmsilçisi bu əlamətdar oyunda "Keşlə"ni məğlub edib.

Günün digər oyunu isə turun mərkəzi qarşılaşması hesab olunurdu. Burada liderlər qrupunda qərarlaşmış iki komanda - “Zirə” və “Qəbələ” üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşmada qələbəni meydan sahibləri bayram ediblər.

Qeyd edək ki, tura sabah keçiriləcək “Nefçi” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Ötən gün isə “Qarabağ” “Səbail”i məğlub edib - 1:0.

Topaz Premyer Liqası
10-cu tur

28 oktyabr (şənbə)

“Keşlə” - “Kəpəz” 0:2
Qol: V.Oseqeyl, 15. İ.Səfərzadə, 64.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
Bakı. “İnter Arena”.

“Keşlə”: 1. Orxan Sadıqlı, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 33. Tərlan Quliyev, 66. Murad Qayalı.

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 24. Fuad Bayramov, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev.

Baş məşqçi: Zaur Svanadze.

“Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 24. Məhəmməd Qurbanov, 8. Viktor Oseqeyl.

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 7. Sergey Çernişev, 11. Kamran Abdullazadə, 26. Ba Mansur Aladji, 19. Aydın Qasımov, 9. İlkin Sadıqov, 14. Fərid Məmmədov, 2. Yusif Cəfərov.

Baş məşqçi: Şahin Diniyev.

“Zirə” - “Qəbələ” 2:1
Qol: M.Duriç, 18-pen. S.Tounkara, 38 - F.Kone, 71.
Qırmızı vərəqə: C.Hüseynov, 43.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozej Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. David Manqa, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 87. Müşfiq İlyasov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17.Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov.
Baş məşqçi: Ayxan Abbasov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 28. Stiven Monroz, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.