Millimiz darmadağın edildi

Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Millimiz İspaniya ilə qarşılaşıb. İlk turda Ukraynanı 2:0 hesabı ilə məğlub edən komandamız bu dəfə darmadağına üzülüb.

Millimizin yer aldığı 4-cü qrupun oyunları Albaniyada keçirilir.

Qrupun digər oyununda meydan sahibi Albaniya Ukrayna yığması ilə qarşılaşacaq.

AÇ-nin seçmə mərhələsi (U-19, qızlar)
4-cü qrup, 2-ci tur

28 oktyabr

İspaniya - Azərbaycan 6:0

Qol: Torroda, 6. Markes Baena, 31. Equrrola, 41. L.Rodriges, 44. Pikeras Batista, 57; 69.

Albaniya. Tirana, Kamza stadionu

1. İspaniya - 6, 2. Azərbaycan - 3, 3. Ukrayna - 0, 4. Albaniya - 0