“Qəbələ”li azarkeşlərdən sərt etiraz

Topaz Premyer Liqasının 10-cu turunda “Zirə” “Qəbələ”ni qəbul edir.

Oyunu qonaq komandanın da bir qrup azarkeşi də izləyir. Matçboyu komandalarını dəstəkləyən qəbələli azarkeşlər qarşılaşmanın baş hakimi Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadasının işindən narazı qalıb. Belə ki, oyunboyu hakimin qərarlarına sərt etiraz edən fanatlar, əvvəlcə “şərəfsiz liqanın şərəfsiz hakimi”, daha sonra isə “Xaqani istefa” (Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov) şüarları səsləndiriblər.

Hazırda ikinci hissəsi oynanılan qarşılaşmada “Zirə” 2:1 hesabıyla öndədi.