"Neftçi"nin bombardiri: "Sabah növbəti final oyununa çıxacağıq"

"Demək olar bütün oyunlar çətindi. Komandamız bütün matçlara ciddi hazırlaşır. Sabah növbəti final oyununa çıxacağıq". Bu fikirləri "Neftçi"nin fransalı hücumçusu Uqo Barqas bildirib. Cari mövsümdə vurduğu 3 qolla komandanın bombardiri olan 31 yaşlı legioner Topaz Premyer Liqasında ardıcıl 4-cü qələbəni "Sumqayıt"la sabahkı ev matçına qazanacaqlarına inanır: "Komandanın qələbələrinin davamı gəldikcə özünəinamı artır. İnanırıq ki, "Sumqayıt"la matçda da müsbət nəticə qazanacağıq".

Uqo onu "Nefttçi"yə gətirən baş məşqçi Elxan Abdullayevlə hazırkı çalışdırıcısı Tərlan Əhmədovu belə müqyaisə edib: "Hər məşqçinin öz fəlsəfəsi, oyun üslubu var. Yeni baş məşqçimiz komandanın motivasiyasını artırıb, özünəinamı qaytarıb. Bu, futbolda böyük amillərdən biridi".