"Keşlə" Zaur Svanadze və oğlu ilə müqaviləsini pozdu - rəsmi

"Keşlə" baş məşqçisi Zaur Svanadze və onun köməkçisi Ramaz Svanadze ilə yolları ayırıb. Bu barədə klubun saytı məlumat yayıb. Svanadzelərlə ilə görüş keçirilib və komandanın fəaliyyəti müzakirə olunub. Görüşdə onlarla imzalanmış müqaviləyə qarşılıqlı razılığa əsasən xitam verilməsi qərara alınıb.

"Keşlə"nin rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Xatrladaq ki, Ramaz Zaur Svanadzenin oğludu. "İnter"ə hələ Kaxaber Sxadadzenin baş məşqçisi olan vaxtdan fəaliyyət göstərən ata Svanadze həmyerlisinin gedişindən sonra - 2015-ci ildən komandaya rəhbərlik edirdi. Komanda Topaz Premyer Liqasında 10 turdan sonra 8 xalla turnir cədvəlinin 7-ci piləsində qərarlaşıb. "İnter" "Keşlə"yə çevrildiyi debüt oyununda dünən evdə "Kəpəz"ə 0:2 hesabı ilə uduzub.