"Atletiko" - "Qarabağ" oyununun vaxtı dəyişdi

Bu gün etibarən Azərbaycanla Avropa arasında saat fərqi yenidən 3-ə qalxıb. Ölkəmizdə ötən ildən yay və qış vaxtına keçid ləğv olunduğundan bu gün əqrəb 1 saat geri çəkilməyib.

Buna görə də oktyabrın 29-dan başlayaraq, martın sonuncu bazar gününə qədər Avropa ölkələri ilə Azərbaycan arasında 3 saatlıq fərq olacaq. Bu isə eyni zamanda futbol oyunlarının başlama saatı da dəyişəcək. Misal üçün Çempionlar Liqasının matçları oktyabr-mart aylarında Bakı vaxtı ilə əvvəlkitək saat 22.45-də deyil, 23.45-də, Avropa Liqasının görüşləri saat 21.00 və 23.05-də yox, 22.00 və 00.05-də başlayacaq.

Yəni göründüyü kimi, avrokuboklarda qrup matçları indikindən 1 saat sonra başlayacaq. Bu isə artıq ötən həftə "Qarabağ"ın "Atletiko"yla səəfr matçında özünü göstərəcəək. Madriddəki həmin matç Bakı vaxtilə 22:45-də yox, artıq 23:45-də başlayacaq.