"Qarabağ" Madridə yollandı

Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə qarşılaşacaq “Qarabağ” bu gün İspaniyaya yollanıb. Təmsilçimiz saat 16:00-da Heydər Əliyev adına Beynəlxalq Hava  Limanından çarter reysi ilə birbaşa paytaxt Madridə üz tutub. 

Qurban Qurbanovun komandası martçın ertəsi günü - noyabrın 1-i Bakıya qayıdacaq. 

Xatırladaq ki, "Atletiko" - "Qarabağ" görüşü oktyabrın 31-i Bakı vaxtilə saat 23:45-də start götürəcək.