Ramin Musayev: "Güclü komandalara qarşı səhv olsa da, olar"

Peşəkar Futbol Liqasının prezidenti Topaz Premyer Liqasının X turunda "Neftçi" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra brifinq keçirib. Qurum rəhbəri ilk olaraq oyunla bağlı fikirlərini bildirib. 

- Matçdan mox razı qaldım. Maraqlı oyun oldu. Mövsümün ən maraqlı görüşlərindən biri idi. 

- "Neftçi" ardıcıl dördüncü qələbəsini qazandı. Sizin dövrünüzdəki "Neftçi"yə oxşayır?

- Təbrik edirəm. Hələ oxşarlıq yoxdur.

- Buna nə qədər vaxt lazımdır?

- 3 mövsümə Tərlan Əhmədov istədiklərini edə bilsə, alınacaq.

- "Neftçi" mövsümü neçənci pillədə tamamlaya bilər?

- Hər şey qışda ediləcək transferlərdən aslıdır. İndi bu haqda danışmaq tezdir.

- Bu turda kobud hakim səhvləri qeydə alındı...

- Oyun var ki, səhv də var da. Güclü komandalara qarşı səhv olsa da, olar. Əsas odur ki, zəiflərə qarşı olmasın (gülür). O epziodlara baxmaq lazımdır. Fikirlər haçalanır. Oyunda hər şey baş verir.

- "Qarabağ"ın "Atletiko" oyunu haqda düşüncəniz necədir?

- Məncə, "Qarabağ" yaxşı oyunla azarkeşlərini sevindirəcək. Buna inanıram. Hər şey baş verə bilər.