"Keşlə"dən yeni baş məşqçi ilə bağlı rəsmi açıqlama

"Keşlə"nin yeni baş məşqçisi məsələsi sabah həllini tapacaq. Bu haqda klubun icraşı-direktoru Rəmiş Malıyev məlumat verib. Onun sözlərinə görə, müqaviləsi pozulan gürcü mütəxəssisi Zaur Svanadzeni kimin əvəzləyəcəyi hələ dəqiqləşməyib: "Hələ ki baş məşqçi əvəzi müvəqqəti olaraq Ramiz Məmmədova həvalə olunub. Ancaq yekun qərar sabah veriləcək".

Xatırladaq ki, yay fasiləsində kluba dəvət edilən Məmmədov əvəzedici komandanın koordinatoru vəzifəsində çalışır. (sport24)