"Qarabağ" üçün Bədavi Hüseynov şoku

Çempionlar Liqasının qrup mərhələsinin III turunun görüşləri çərçivəsində evdə "Atletiko" ilə görüşdə zədə alan Bədavi Hüseynovdan müsbət cavab gəlməyib. Millimizin müdafiəçi uzun müddətlik sıradan çıxıb.

Bu günlərdə əməliyyatdan çıxan arxa xətt oyunçusu Madrid klubu ilə səfər matçından başqa, ilin sonuna qədər keçiriləcək heç bir matçda meydana çıxa bilməyəcək. Bu prosesin 8 ay çəkəcəyi də istisna olunmur

Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən Ağdam klubunun üzvüdü.