İdmançımız Dünya Kubokunun gümüş medalını qazandı

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Koreyanın Tonqyonq şəhərində təşkil olunan sprint üzrə Dünya Kuboku yarışlarında gümüş medal qazanıb.

 750 metrlik su məsafəsini idmançımız 08:36 vaxt çərçivəsində başa vurub. Ardınca o, 20 kilometrlik velodistansiyanı 27:05 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15:07 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 52:02 vaxt göstəricisilə ikinci yerə layiq görülüb.

Xatırladaq ki, carı mövsümdə Pevtsov 3-cü dəfə Dünya Kuboku yarışlarında fərqlənib. Bələ ki Rostislav Çinin Çenqdu şəhərində keçirilən Dünya Kubokunda 2-ci olub, Honq Konqda isə qələbə qazanıb.