Qurban Qurbanovun Madriddə mətbuat konfransının vaxtı açıqlandı

“Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsinin IV turunda qarşılaşacağı “Ateltiko”yla oyunun hazırlıqlarını başa vuracaq. Komandanın baş məşqçisi Qurban Qurbanov yerli vaxtla saat 18:30-da ( Bakı vaxtıyla 21:30) qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano" stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Təmsilçimiz saat 19:00-da ( Bakı vaxtıyla 22:00) oyunöncəsi son məşqini edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.