"Qarabağ"ın legionerindən maraqlı paylaşım: "2 qara..." - FOTO

"Qarabağ"ın futbolçusu Donald Gerye "İnstagram" səhifəsində maraqlı paylaşım edib.Haitili qaradərili legioner komanda yoldaşı Qara Qarayevlə birgə fotosunu paylaşıb və maraqlı şərhi ilə diqqət çəkib.

Belə ki, Gerye fotoya "2 qara - Qara və mən. Madridə gedrik" şərhini yazıb. Göründüyü kimi, David artıq azərbaycanca öyrənməyə başlayaraq qara sözünün mənasını bilir.