AFFA-da yeni təyinat: Firuz Abdulla departament rəhbəri oldu

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində dəyişiklik edilib.

Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu vəzifəsindən uzaqlaşdırılıb.

Artıq onun əvəzləyicisi də məlumdur. Belə ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsinə Firuz Abdulla (Qarayev) təyin olunub. F. Abdulla bunadək sözügedən departamentdə baş mütəxəssis vəzifəsində çalışırdı.

Qeyd edək ki, günün əvvəlində Mikayıl Nərimanoğlu həm də “Kəpəz”in Müşahidə Şurasının üzvü vəzifəsindən də geri çağırılıb.