Mikayıl Nərimanoğlu AFFA-da yeni vəzifəyə təyin edildi

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərliyində dəyişiklik edilib. Mikayıl Nərimanoğlu vəzifəsindən azad edilib.

 O, bundan sonra Federasiyanın Komitələrlə iş üzrə koordinatoru kimi fəaliyyət göstərəcək.

 Vakant posta isə müvəqqəti olaraq departamentin əməkdaşı Firuz Abdulla təyin edilib.

 Qeyd edək ki, Mikayıl Nərimanoğlu 2005-ci ildən sözügedən vəzifədə çalışırdı.(apasport)