Ansi Aqolli “Atletiko” ilə oyun haqda

“Bizi çox çətin oyun gözləyir. Baş məşqçinin fikirləri ilə razıyam”. Bu sözləri “Qarabağ” klubunun futbolçusu Ansi Aqolli deyib.

 

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Atletiko”nun qonağı olacaq. Matçdan öncə keçirilən mətbuat konfransında Aqolli də iştirak edib: “Bakıdakı görüş də asan olmamışdı. Yenə elə olacaq”.