“Zirə” - “Neftçi” matçının başlama saatı açıqlandı

opaz Premyer Liqanın 11-ci turu çərçivəsində keçiriləcək “Zirə” - “Neftçi” matçının başlama saatı müəyyənləşib.

Bu matç noyabrın 5-də Zirə İdman Kompleksində keçiriləcək. Oyun saat 17:00-da başlayacaq

Qeyd edək ki, hazırda “Zirə” turnir cədvəlində 21 xalla 2-ci, “Neftçi” isə 13 xalla 4-cü pillədə qərarlaşıb.