“Qəbələ” “Səbail”lə oyuna Bakıda hazırlaşır

“Qəbələ” Topaz Premyer Liqasının 11-cu turuna hazırlığını davam etdirir. “Qırmızı-qaralar” “Səbail”lə evdə keçiriləcək qarşılaşmaya hazırlığa oktyabrın 30-da başlayıb.

10-cu turun “Zirə” ilə səfər matçından (1:2) sonra bir günlük istirahətə buraxılan komanda Bakıda bir araya gəlib. Roman Qriqorçukun yetirmələri məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. Zədədən dönən İlqar Qurbanovla Filip Ozobiç fərdi hazırlıqla kifayətləniblər.

Xatırladaq ki, “Qəbələ” – “Səbail” oyunu noyabrın 4-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.