“Qarabağ"dan növbəti tarixi nəticə: Madriddə 10 nəfərlə də xal aldı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək. Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə Madrid “Atletiko”sunun qonağı olacaq.

Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, İspaniyadan da xalla qayıtmaq niyyətindədi.

Qrupun digər oyununda “Roma” (İtaliya) doğma meydanda “Çelsi” (İngiltərə) ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
C qrupu

31 oktyabr

“Atletiko” - “Qarabağ” 1:1 (oyun bitib)
Qollar: Tomas, 56 - Miçel, 40.
Sarı vərəqə: Rəşad Sadıqov, 9. Stefan Saviç, 32. Yakub Jezniçak, 34.

Qırmızı vərəqə: Pedro Enrike, 59 (birbaşa), Stefan Saviç, 87 (ikinci sarı)

Baş hakim: Dəniz Aytəkin.
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Sibert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. “Metropolitano” stadionu.