"Kəpəz" "Qarabağ"a qarşı BOS-da hazırlaşacaq

Topaz Premyer Liqasının XI turunda Gəncədə "Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlıqlarına start verib.  Şahin Diniyevin komandası Bakıda məşq edir.

“Sarı-göylər”in bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olub.

Sabahdan Gəncə klubu çalışmalarını Bakı Olimpiya Stadionunun (BOS) yardımçı meydançasında keçəcək. “Kəpəz” qarşıdakı 3 günü BOS-da məşq edəcək.