AFFA Cavid Hüseynovu 3 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının X turunun “Qarabağ” – “Səbail” matçının 43-cü dəqiqəsində “Qarabağ” klubunun 25 №-li futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının X turunun “Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının X turunun “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 43-cu dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).

I Divizionun V turunun “Ağsu” – “Mil-Muğan” matçında “Ağsu” klubunun 4 ,“Mil-Muğan” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 90+4-cü dəqiqəsində “Mil-Muğan” klubunun 3 №-li futbolçusu Vaqif Mehrəliyev hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır , klub 320 manat cərimə olunur (maddə 42.3).

I Divizionun V turunun MOİK – “Turan Tovuz” matçının 88-ci dəqiqəsində MOİK klubunun 7 №-li futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun V turunun “Sabah” – “Xəzər” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 48).

"Qarabağ" kapitanı olan Cavid Hüseynovun xidmətindən Topaz Premyer Liqasının qarşıdakı 3 turunda - "Səbail"lə ev, "Neftçi" və "Kəpəz"lə səfər matçlarında istifadə edə bilməyəcək. Təcrübəli futbolçu bu il üçün son turda "Keşlə"ylə ev oyununda qayıdacaq.